Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın yubileyinin keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi üzvlərinin seçimi ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq edilib.
Loqotipin müəllifi Naxçıvan Rəssamlar Birliyinin üzvü Nahid Əliyevdir.
Loqotipdə Naxçıvanın rəmzi olan Möminə Xatun türbəsinin naxışları ilə əks etdirilən 100 rəqəminin aşağı hissəsində dövlət bayrağımızın rənglərindən istifadə edilib. Loqotipin sol aşağı hissəsində isə “1924-2024 Naxçıvan Muxtar Respublikası” sözləri yazılıb.