Seçkilərin ilkin nəticələri aşağıdakı kimidir:

İlham Əliyev 92.1 faiz

Zahid Oruc 2.2 faiz

Fazil Mustafa 1.99 faiz

Qüdrət Həsənquliyev 1.78 faiz

Razi Nurullayev 0.79 faiz

Elşad Musayev 0.66 faiz

Fuad Əliyev 0.48 faiz.

***

23:14

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin rəsmi nəticəsi elan edilir.

Nəticələri MSK sədri Məzahir Pənahov elan edir. 

Nəticələrə görə, İlham Əliyev 2 milyon 497 min 542 (92,1%) səslə növbədənkənar prezident seçkilərinin qalibi olub.