07 May 2024 11:00

Fərqliliyimiz Uğurumuzdur

Hərbçilərin maaşları ARTIRILDI

Azadsöz.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.