08 Sentyabr 2024 05:07

Tovuzda azyaşlı uşaq xəstəxanada qızılcadan öldü

Azadsöz.az xəbər verir ki, Tovuzda 10 yaşlı uşaq xəstəxanada qızılcadan ölüb.

Bu barədə  sorğusuya cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd edilir ki, 04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib.

“Daxil olarkən vəziyyəti ağır olub. Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib”, – məlumatda bildirilib.