08 Sentyabr 2024 04:55

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Azadsöz.az xəbər verir ki, Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb.

Ondan bir ədəd “Kalaşnikov” markalı avtomat silah, bir ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.