08 Sentyabr 2024 05:08

Tovuzda qızdırıcının partlaması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb

Azadsöz.az xəbər verir ki,  ağır yanıq xəsarətləri alan rayon sakini, 1996-cı il təvəllüdlü Aytəkin Abbasova göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, mərhum yaşadığı evdə suqızdırıcısının partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarətləri almışdı.

Faktla bağlı araşdırma aparılır.