08 Sentyabr 2024 05:02

İsmayıllıda avtomobil yük maşınına çırpılıb: Xəsarət alanlar var

Azadsöz.az xəbər verir ki,  hadisə rayonun Bədo adlanan ərazisində qeydə alınıb. “Tofaş” markalı avtomobil idarəetməni itirərək “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Vüqar Təşkilat oğlu Ziliyev və Laçın sakini 1990-cı il təvəllüdlü Elvin Əvəz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.