16 Sentyabr 2024 22:49

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

Azadsöz.az xəbər verir ki, əməkdar jurnalist, tanınmış ziyalı Rəhman Orxan dünyasını dəyişib.

Bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.

Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.