08 Sentyabr 2024 03:41

Qubada 15 yaşlı qızın hamamda meyiti tapıldı

Azadsöz.az xəbər verir ki, hadisə Hacıhüseynli kəndində baş verib. Kənd sakini 15 yaşlı A. Vəlixanova evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.