08 Sentyabr 2024 06:59

Ötən il 54 mindən çox nikah bağlanıb

Azadsöz.az xəbər verir ki,  Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması nəticəsində 5.2 milyon notariat hərəkəti, 290 min vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.

Bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, nikahların sayı 54 mini, doğum halları 113 mini ötüb:

“Notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyona yaxın vəsait dövlət büdcəsinə köçürülüb.

Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi genişləndirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə sayı 3 milyona, “Mobil notariat” istifadəçilərinin sayı isə 2 dəfə artaraq 900 minə çatıb”.