27 İyul 2024 03:26

UEFA Azərbaycan Premyer Liqasının doqquz klubuna ödəniş edib

Azadsöz.az xəbər verir ki, UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasının doqquz klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib.

Bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.

2022/2023 mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.