16 Sentyabr 2024 22:53

Göyçayda yol nəqliyyat hadisəsi baş verib – Yaralanan var (FOTO)

Azadsöz.az  xəbər  verir  ki, hadisə  bu gün səhər  saatlarında Göyçay-Ucar yolunun Müskürlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayonunun Xəlitli  kənd  sakini, 1995-ci il təvəllüdlü   Məmmədov İbrahim Elnur oğlunun   idarə etdiyi “VAZ 2107” minik avtomobili  idarəetmədən çıxaraq, ağaca  çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Göyçay Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.