29 Noyabr 2024 00:04

Bakıda skuterlərlə bağlı yeni qadağa tətbiq ediləcək

Azadsöz.az xəbər verir ki, qısa məsafələri qət etmək üçün elektrik skuterlərdən istifadə artıq bütün dünyada kütləviləşir. Velosiped infrastrukturu olan şəhərlərdə vətəndaşlar bu imkanlardan daha geniş yararlanırlar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, paytaxt Bakıda da müasir tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi, kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped, skuterlər üçün infrastrukturun yaradılması prosesinə başlanılıb.

Qeyd edilir ki, 1-ci mərhələ üzrə İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti və Fikrət Əmirov küçəsi olmaqla ümumilikdə 3000 metr məsafədə müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb: 

“Hazırda marşrut üzrə parklanma yerlərinin təşkil edilməsi istiqamətində işlər aparılır. Artıq 13 məntəqədə parklanma yerləri təşkil edilib.

Qurulan infrastruktur qlobal şirkətlərin Bakıda fəaliyyətlərini genişləndirməsinə şərait yaradıb. Artıq şəhərin mərkəzində skuter icarəsi ilə məşğul olan beynəlxalq şirkətlərin mikromobillik vasitələrini görmək mümkündür.

Qeyd edək ki, təhlükəsizlik məqsədilə skuterlər yalnız velosiped zolaqları ilə 25 km-dən çox olmayan sürətlə hərəkət edə bilərlər. Yol kəsişmələrində isə sürət saatda 15 km keçməməlidir. Skuter icarəsi üçün hazırlanan tətbiqlərdə sürət həddinə nəzarətlə bağlı funksiyalar yaradılıb.

Yaxın vaxtlarda isə parklarda və digər ictimai yerlərdə skuterlərin hərəkətinin məhdudlaşdırılması üçün funksiya aktiv olacaq. Müəyyən edilmiş sürət həddi aşıldıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul