Azadsöz.az xəbər verir ki, “Qalatasaray” Türkiyə Superliqasında 22-ci tur oyununa çıxıb.
“Cim-Bom” “İstanbulspor”u qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə xalını 57-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, “İstanbulspor” 10 xalla sonuncu-20-cidir. “Fənərbaxça” 57 xalla 1-cidir.