Azadsöz.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın vaxtlarda minalanmış sahələrə dair yeni məlumatları Azərbaycan tərəfinə verəcək.
Bu barədə erməni qurumun yaydığı məlumatda deyilir.
Bildirilir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti keçmiş hərbi qulluqçuların sorğusundan sonra minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritə müəyyən edilib.
Xəritələrin əsli Azərbaycana, surətləri isə Ermənistanın beynəlxalq tərəfdaşlarına göndəriləcək.