20 Sentyabr 2024 08:38

Göyçayda keçmiş arvadının evindən oğurluq edən şəxs həbs olundu

Azadsöz.az xəbər verir ki, Göyçayda keçmiş arvadının evindən oğurluq edən şəxs həbs edilib. 

Hadisə Göyçay rayonu, birinci Ərəbcəbirli kəndində baş verib. 

Belə ki, 44 yaşlı Elçin İmanov (ad-soyad şərti) bir həyətdə yaşadığı keçmiş arvadının saxladığı iki ədəd hind quşunu oğurlayıb və 31 manata satıb.

Elçin İmanov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Zərərçəkmiş Zəminə (şərti) məhkəmədə bir həyətdə ayrı yaşadığı keçmiş ərindən şikayətçi olduğunu və barəsində tədbirlər görülməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə Elçin İmanov bir ay müddətində inzibati qaydada həbs olunub.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com