27 Noyabr 2024 17:46

Bu il Cəbrayıl şəhərinə 2158 keçmiş məcburi köçkün qayıdacaq-VİDEO

Azadsöz.az xəbər verir ki, bu il Cəbrayıl şəhərinə köç olacaq, hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur: “Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət olan bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq”.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul