27 Noyabr 2024 18:24

Çernobıl əlillərinə neçə mənzil verilib?

Azadsöz.az xəbər verir ki,  Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı sosial müdafiə tədbirlərinin də ildən-ilə güclənməsinə imkan verib.

Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı deyib.

“Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021-2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub ki, bu da onlara xüsusi qayğının daha bir təzahürüdür.

 

Belə ki, həmin şəxslərə 2021-ci ildə 271, son üç ildə isə 400-dən çox mənzil təqdim edilib”,- deyə o bildirib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul