Azadsöz.az xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.
Bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Qeyd edək ki, rayon sakini 1987-ci il təvəllüdlü Nurən Babayev 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 37 yaşlı kişi əməliyyat edilib,vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, Nurən Babayev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.