Azadsöz.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın İl-76 təyyarəsini vurduğunu etiraf edib.
Bu barədə “PravdaUA” Ukrayna ordusundakı mənbəyə istinadən yazıb.
“Rusiyanın İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən Belqorod vilayətində vurulub” , – məlumatda deyilir.
Mənbə qeyd edib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.