Azadsöz.az xəbər verir ki, Rusiyanın Belqorod vilayətində İl-76 tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqramda yazıb.
O bildirib ki, hadisə Koroçanski rayonunda baş verib.
KİV-in məlumatına görə, göyərtədə olan 63 nəfərin hamısı həyatını itirib.
***
Azadsöz.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 74 nəfər həlak olub, ölənlərin 65-i ukraynalı əsirlərdir.
Onlar Belqorod vilayətinə mübadiləyə aparılırlarmış. Göyərtədə, həmçinin 6 ekipaj üzvü və 3 müşayiətçi olub.