Azadsöz.az xəbər verir ki, “Universal” studiyası “Yura dövrü parkı” filmini davamını çəkmək niyyətindədir.
Filmin ssenarisini 1993-cü ildə “Yura dövrü parkı”nın və 1997-ci ildə ikinci hissəsi “İtirilmiş dünya”nın müəllifi Devid Kepp yazacaq. Yeni filmin əsas məqamı Yura dövrünə tamamilə yeni baxış olacaq. Stiven Spilberq, Frenk Marşall və Patrik Krouli film üzərində prodüser kimi çalışacaqlar.
Qeyd edək ki, yeni film məşhur mediafranşizanın 6-cı filmi olacaq.