Göyçay Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov Azadsöz.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Dəm qazından zəhərlənən rayonun Potu Kürd kənd sakini,1961-ci il təvəllüdlü Xuraman Əmir qızı Süleymanova zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə və müayinə olunaraq evə buraxılıb.Həyatı üçün heç bir təhlükə yoxdur”.
****
09:24
Azadsöz.az xəbər verir ki, hadisə rayonun Potu Kürd kəndində baş verib.
Kənd sakini,1961-ci il təvəllüdlü Xuraman Əmir qızı Süleymanova dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.