08 Sentyabr 2024 05:20

Göyçayda kişini maşın vurdu-YENİLƏNİB

Göyçay Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov  Azadsöz.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Maşın  vuran rayon sakini, 1959-cu il təvəllüdlü Məhəmmədrəsul Bəşir oğlu Hacıyev Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib,müalicəsi davam etdirilir”.

Qeyd edək ki, yolu keçmək  istəyən Məhəmmədrəsul Bəşir oğlu Hacıyevi maşın vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

****

08:00

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil  yolu keçən  rayon sakini, 1959-cu il təvəllüdlü Məhəmmədrəsul Bəşir oğlu Hacıyevi maşın vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.