Azadsöz.az xəbər verir ki, “Mançester Yunayted” futbolçusu Aaron Van-Bissaka ilə yolları ayırmamaq qərarı verib. Klub onu “İnter”ə sata bilərdi.
İtaliya təmsilçisi İngiltərə klubuna oyunçu mübadiləsini təklif edib. Ancaq “qırmızı şeytanlar” 26 yaşlı futbolçunu komandadan buraxmayıb.
Qeyd edək ki, Aaron bu mövsüm bütün turnirlərdə 17 oyuna çıxıb, 2 qolun ötürməsini verib.