Azadsöz.az xəbər verir ki, Mingəçevir şəhərindən olan və bir müddətdir Almaniyada çalışan Əhliman moldovalı şəxslərlə dava-dalaş zamanı baş nahiyəsindən ağır xəsarətlər alıb və xəstəxanaya çatdırıldıqdan az sonra vəfat edib.
Qeyd edək ki, dava kafedə başlayıb. Vəfat edən şəxsin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. (qafqazinfo)