Azadsöz.az xəbər verir ki, qeyri-sabit hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yanvarın 22-də ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı olunur.