20 Sentyabr 2024 02:23

Bakıda mərasim evində tavan çökdü: Xəsarət alanlar var -FOTO/VİDEO (YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.

FHN Mətbuat xidmətinin məlumatına görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.


***

saat 13:14

Azadsöz.az xəbər verir ki, Yasamalda mərasim evində tavan çöküb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.

“Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyyə edilib”, – məlumatda deyilir.

 

Bakıda mərasim evinin tavanı çökdü, yaralılar var - VİDEO - YENİLƏNİB Bakıda mərasim evinin tavanı çökdü, yaralılar var - VİDEO - YENİLƏNİB

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com