Azadsöz.az xəbər verir ki, istismarı icazə əsasında həyata keçirilən elektrik qurğularına dair tələb dəyişib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, 1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.
Bundan əvvəl 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.
Qanun tələb olunan gücü 150 – 200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb. Bununla da tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dək olduqda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.