19 Sentyabr 2024 06:07

Azərbaycandan Rusiyaya növbəti yumurta tədarük edib

Azadsöz.az xəbər verir ki, yanvarın 14-nə olan məlumata görə, Azərbaycan Rusiyaya 2,1 milyon yumurta tədarük edib.

Bu barədə “Rosselxoznadzor” teleqram kanalında məlumat verib. 

“Yanvarın 13-ü və 14-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan 918 min ədəd ərzaq yumurtasının növbəti partiyası gətirilib. Mallar müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülür”, – deyə məlumatda bildirilir. 

Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiyaya yumurta tədarük etməyə başlayıb.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com