Azadsöz.az xəbər verir ki, Sankt-Peterburqun Oktyabrsk Rayon Məhkəməsi azərbaycanlı bloger Tural Məmmədovun həbs müddətini uzadıb.
Buna əsasən, azərbaycanlı ən azı fevralın 15-dək dəmir barmaqlıqlar arxasında qalacaq.
Xatırladaq ki, bloger Tural Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə xuliqanlıq) və 282-ci (informasiya və telekommunikasiya şəbəkələrindən istifadəyə nifrət oyatmağa yönəlmiş hərəkətlər) maddələri ilə ittiham olunub.
Noyabrda Azərbaycan millətçi fikirlərə malik tanınmış bloggeri Rusiyaya ekstradisiya edib.