22 Noyabr 2024 19:38

DSX generalının qız qaçıran bacısı oğlu həbs edildi

Azadsöz.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) generalı Aqil Babayevin bacısı oğlu Ümid Aydın oğlu Aydınov qız qaçırdığı üçün həbs olunub.

Əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb.

Ancaq qız evi şikayət etdiyindən Ümid Aydın oğlu Aydınov və Elvin Nemət oğlu Həmidov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci (Zorlama – yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs azadlıqdan məhrum edilib. Məhkəmə Ümid Aydınova yeddi il həbs cəzası verib.

Qeyd edək ki, general-mayor Aqil İnşallah oğlu Babayev Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsinin rəisi olub.(Unikal)

Ankara escort İstanbul Travesti Shemale İstanbul