23 Noyabr 2024 07:28

Fransada azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşırlar (VİDEO)

Azadsöz.az xəbər verir ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le-Ben şəhərinin meriyası azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşır.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Heykəl artıq parça ilə örtülüb.

Qeyd edək ki, abidənin stendlərinin yerləşdiyi “Azərbaycan parkı” adını bildirən bütün lövhələr sökülüb.

Bu vəziyyət Fransa cəmiyyətini bürüyən azərbaycanofobiyanın artıq absurd həddə çatdığını göstərir. Və bu baxımdan Fransa Ermənistana bənzəyir.

Fransa hakimiyyəti baş verənlərə münasibət bildirəcəkmi? Axı onlar Qafqazın mədəni irsi üçün belə narahatdırlar! Yoxsa azərbaycanlıdırsa, onu məhv etmək olar?!

Ankara escort İstanbul Travesti Shemale İstanbul