08 Sentyabr 2024 04:04

Göyçayda 6 otaqlı ev yanaraq kül oldu

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə   Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, Çaxırlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.