Azadsöz.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz bacılar və qardaşlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm”.