19 May 2024 02:15

Bakı şəhərinin Baş Planı təsdiqlənib

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planının təsdiq edilməsi barədə Qərar imzalayıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda deyilir: 

“Bakı şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb. “AS+P Albert Speer +Partner Gmbh” şirkəti tərəfindən Baş plan layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.

Baş plan layihəsi 2040-cı ilə qədər olan dövrü əhatə edir.

Baş plan paytaxtın bütün inzibati ərazisini əhatə etməklə hesabat dövrü ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Baş plan, o cümlədən güclü və davamlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, şəhər infrastrukturunun genişləndirilməsi, ekoloji sağlamlaşdırma və ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir”.