23 Noyabr 2024 04:32

Qısamüddətli mühafizə orderinin verilməsi müddəti artırılır

Azadsöz.az xəbər verir ki, məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi müddəti artırılır.

Bunula bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Qanunun qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar 11-ci və 12-ci maddələrində qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək artırılması təklif olunur.

Eyni zamanda qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul