18 May 2024 18:39

Yanvarın 2-si üçün hava proqnozu AÇIQLANDI

Azadsöz.az xəbər verir ki,  yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 4-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.