Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şəhər ərazisində keçirilən tədbirlər zamanı pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 5 nəfər müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə göndərilib.