Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

***

19:56

Azadsöz.az xəbər verir ki, dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

***

14:22

Azadsöz.az xəbər verir ki, Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü başlayıb.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə keçirilən görüşdə Azərbaycan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan liderləri iştirak edir.

***

10:03

Azadsöz.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri bu gün Sankt-Peterburqda Yeni il qabağı qeyri-rəsmi sammit çərçivəsində görüşəcəklər.

Sammit uzun illərdir ki, dekabrın sonunda görüşən dövlət başçıları arasında ənənəvi ünsiyyət formatıdır.

2024-cü ildə MDB-yə sədrlik Qırğızıstandan Rusiyaya keçəcək.

MDB hazırda 11 ölkədən ibarətdir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna.

Putinin sözlərinə görə, de-fakto Moldova və Ukrayna uzun müddətdir ki, assosiasiyanın fəaliyyətində iştirak etmir. Moldova yaxın müddətdə MDB-dən çıxmağı planlaşdırır.