Azadsöz.az xəbər verir ki, Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş SSRİ Xalq artisti Murad Kajlayev 92 yaşında vəfat edib.
Bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il yanvarın 15-də imzaladığı sərəncamı ilə M.Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.