Azadsöz.az xəbər verir ki, dekabrın 23-də Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib.İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.
Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılmışdı.
Həmin aydan başlayan tikinti işləri üç ay ərzində yekunlaşdırılıb. Avtomobil körpüsündə piyadaların hərəkəti üçün zolaqlar tikilib, kənarlarına məhəccərlər quraşdırılıb.
Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam edəcək.