Azadsöz.az xəbər verir ki, seçicilər səsvermə yeri və vaxtı barədə məlumatlandırılacaq. Bununla bağlı bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
Bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın bugünkü iclasında deyib.
O bildirib ki, 6 milyon 524 min 203 ədəd bildiriş müəyyən edilmiş mətbəə üsulu ilə hazırlanacaq: “Bildirişə təbriklə bağlı bənd də əlavə ediləcək”.