Azadsöz.az xəbər verir ki, dekabrın 23-də saat 13 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan C.B-nin kəsici-deşici alətlə xəsarət yetirərək atası Qəhrəman Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.