22 Noyabr 2024 19:08

Cinayət törətmiş şəxslərin əmlakı müsadirə ediləcək

Azadsöz.az xəbər verir ki, Azərbaycanda cinayət törətmiş şəxslərin əmlakının müsadirə edilməsi hallar genişləndirilir.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsində qeyd edilir ki, cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul