08 Sentyabr 2024 04:52

İmişlidə qəza: Xəsarət alanlar var – FOTO

Azadsöz.az xəbər verir ki, İmişlidə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə saat 18 radələrində İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Niva” və “Mercedes-Benz” markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan İmişli sakinləri – Rəhman Hüseynov, Sərvan Gülməmmədov və Maşallah Əmirov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.