Azadsöz.az xəbər verir ki, “Eurovision” mahnı müsabiqəsinin MDB versiyası olan “İntervision”un gələn il Rusiyada keçirilməsi planlaşdırılır.
Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin MDB ölkələrinin hökumət başçılarının iclasında deyib.
Məlumata görə, onlar qaydaları tərəfdaşları ilə həll edəcəklər, daimi təşkilat komitəsi yaradılacaq, milli münsiflər heyəti seçiləcək.