22 Noyabr 2024 16:24

“Qarabağ”ın Avroliqadakı rəqibi məlum oldu – FOTO (YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu “Braqa”ya rəqib olub.

Digər cütlər:

“Feyenoord” (Niderland) – “Roma” (İtaliya)
“Milan” (İtaliya) – “Renn” (Fransa)
“Lans” (Fransa) – “Frayburq” (Almaniya)
“Yanq Boyz” (İsveçrə) – “Sportinq” (Portuqaliya)
“Benfika” (Portuqaliya) – “Tuluza” (Fransa)
“Qalatasaray” (Türkiyə) – “Sparta” (Praqa, Çexiya)
“Şaxtyor” (Ukrayna) – “Marsel” (Fransa)

Qeyd edək ki, “Qarabağ” bu komanda ilə ilk matçını fevralın 15-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə fevralın 22-də Bakıda olacaq.

 

******

08:30

Azadsöz.az xəbər verir ki, bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Azərbaycan təmsilçisi “Qarabağ”ın da bu mərhələdəki rəqibi bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn “Qarabağ” bu mərhədə Çempionlar Liqasında qrupu üçüncü sırada bitirən 8 komandadan biri ilə qarşılaşacaq:

“Qarabağ”ın potensial rəqibləri:

“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa”(Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Milan” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
“Şaxtyor” (Donetsk, Ukrayna).

Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.

 

İstanbul trv istanbul travestileri