Azadsöz.az xəbər verir ki, hadisə Xaçmaz şəhəri, Bakı prospektində baş verib.
Xaçmaz sakinləri – 30 yaşlı Tural Bünyadov və 31 yaşlı Hacıağa Əzizov mübahisə zəminində bıçaqlanıblar. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şimal regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 26 yaşlı Fərid Mirişov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.