Azadsöz.az xəbər verir ki, Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşğun Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin olunub.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Xatırladaq ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev ötən ay vəzifəsindən azad olunub.
O, 9-cu sinif şagirdini döydüyü üçün işdən çıxarılıb. R.Hacıyev bu vəzifəyə 2022-ci ilin aprelində təyinat almışdı.